COP29

"Zirə"nin diqqətinə - Niderlanddan müdafiəçi transfer etdilər

5 İyul 02:20 Hadisə 1 052
"Zirə"nin diqqətinə - Niderlanddan müdafiəçi transfer etdilər

Avropa Liqasının I təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Şerif" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Moldova klubu müdafiəçi İlunqa Pata transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı sağ cinah müdafiəçisi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

İlunqa Pata 2021-ci ilin yayından "TOP Oss" klubunda çıxış edirdi. Sint-Marten millisinin üzvü ötən mövsüm Niderland təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 4 qol ötürməsi ilə yadda qalıb.

“Zirə” və “Şerif” arasındakı matçlar iyulun 11-i və 18-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:10 Çək və bizə göndər!
4 Oktyabr 11:00 Bir bax ki…TƏKLİF!
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq