COP29

Olimpiya komandası "Sabah"ın rəqibini darmadağın etdi

3 İyul 02:50 Hadisə 877
Olimpiya komandası "Sabah"ın rəqibini darmadağın etdi

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Makkabi" (Hayfa) növbəti yoldaşlıq oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Hayfa təmsilçisi İsrailin Olimpiya komandası ilə qarşılaşıb və böyük hesablı məğlubiyyətlə uduzub (1:5).

Eyni zamanda, bu gün İsrail təmsilçisi iki yoldaşlıq oyunu keçirəcəyi İspaniyaya təlim-məşq toplanışına yollanıb.

Xatırladaq ki, “Sabah” – “Makkabi” matçları iyulun 25-i və avqustun 1-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti