COP29

Xüsusi yarış və ya “bürünc” son anda necə əldən çıxdı? - FOTOLAR

19 İyul 23:40 Hadisə 1 003
Xüsusi yarış və ya “bürünc” son anda necə əldən çıxdı? - FOTOLAR

İyulun 19-da idman jurnalistlərinin Bakıda yerləşən restoranda bir araya gəlməsi təsadüfi deyildi.

Ölkədaxili yarışların keçirilməsinə və təşkilatçılığına cavabdehlik daşıyan Peşəkar Futbol Liqasının rəhbərliyi 22 İyul – Milli Mətbuat Gününü məhz bu tarixdə bizimlə birlikdə keçirməyi qərara almışdı.

Lakin bu dəfəki məclis bir cəhətinə görə digərlərindən xüsusi şəkildə fərqlənirdi. Bayram planı təkcə yeyib-içib, qol qaldırıb oynamaqdan yox, həm də yaddaşımızı təzələməkdən ibarət idi.

Bunun üçün 55 suallıq intellektual oyun təşkil olunmuşdu ki, 12 komandadan və 11 mərhələdən ibarət viktorinanın yekununda ilk üç yeri tutan komandalar mükafatlandırılacaqdı.

Komandaların adları işğaldan azad olunmuş rayon və şəhərlərin adlarına uyğun hazırlanmışdı.

Bəndənizin də yer aldığı “Xankəndi” komandası 10-cu turun yekununda 3-cü olmaq şansını saxlayırdı. Lakin həlledici mərhələdə büdrəməyimiz yarışı 5-ci sırada tamamlamağımıza səbəb oldu.

“Şuşa” qalib adını qazandı, “Qarabağ Ağdam” ikinci oldu, “Ərgünəş Füzuli” üçüncülüklə kifayətləndi. Mübarizənin sonunda qaliblərə kubok və medallarla yanaşı, pul mükafatları təqdim olundu,

Daim çəkiliş və reportajlarda olan idman mediasını bir araya toplamağı bacaran, maraqlı suallarla yaddaşımızı təzələməyə imkan yaradan Peşəkar Futbol Liqasında göstərilən diqqətə görə ayrıca təşəkkür düşür.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?