COP29

Azərbaycan millisinin üzvünə Dağıstanda da pul verildi

28 Avqust 08:20 Hadisə 1 463
Azərbaycan millisinin üzvünə Dağıstanda da pul verildi

Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmiş Maqomedxan Maqomedov doğulduğu Dağıstanda mükafatlandırılıb.

Sportinfo.az xəbər verir ki, buna 26 yaşlı sərbəst güləşçinin sözügedən yarışda bürünc mükafat qazanması səbəb olub.

Dağıstan Güləş Federasiyasının yaydığı xəbərə görə, Maqomedxan Maqomedov 2 milyon rus rublu (bugünkü məzənnə ilə 21 min 845 ABŞ dolları) məbləğində mükafata layiq görülüb.

Azərbaycan millisinin üzvü Dağıstanda da pulla mükafatlandırıldı

Daha əvvəl Paris-2024-də medal qazanan Azərbaycan idmançıları Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, mükafatlandırılıb.

Sərəncamla birinci yeri tutan hər bir idmançıya 400 min, ikinci yeri tutan hər bir idmançıya 200 min, üçüncü yeri tutan hər bir idmançıya isə 100 min manat mükafat ayrılıb.

Bundan başqa, İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti kimi imzaladığı Sərəncama əsasən isə birinci yeri tutan hər bir idmançıya 200 min, ikinci yeri tutan hər bir idmançıya 100 min, üçüncü yeri tutan hər bir idmançıya isə 50 min manat mükafat verilib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi