AFFA-nın baş katibi Sərxan Hacıyev qərb bölgəsinə səfər edəcək.
Federasiya rəsmisi sentyabrın 15-16-sı aralığında Gəncə və Şəmkirdə olacaq.
Bilindiyi kimi, hər ilin sentyabr ayının son həftələri UEFA-ya üzv ölkələrdə Kütləvi Futbol Həftəsi kimi qeyd olunur. Kütləvi Futbol Həftəsi çərçivəsində bir neçə regionda kütləvi futbol festivalları keçirilir.
Bu dəfə belə tədbirlər Gəncə və Şəmkirdə təşkil ediləcək. Sərxan Hacıyev regiona səfəri çərçivəsində yerli rəsmi dairələrin və futbol ictimaiyyətinin nümayəndələri ilə görüşəcək.
SRORTİNFO.AZ