COP29

“Qəbələ” meydana çıxmadı, koordinator hakimi təhqir etdi, 5 oyunluq cəzalandırıldı

11 Yanvar 02:40 Hadisə 701
“Qəbələ” meydana çıxmadı, koordinator hakimi təhqir etdi, 5 oyunluq cəzalandırıldı

AFFA U-10 Liqasında baş tutan “Neftçi” - “Azərbaycan Qartalları” görüşündə hakimi təhqir edən qonaqların koordinatoru Abdulkadir Özü 5 oyunluq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

AFFA U-16 Liqasında çıxış edən “Mübariz”ə isə 0:3 hesablı texnki məğlubiyyət verilib. Buna dekabrın 28-də “Dinamo” ilə keçirilən matçda meydan sahibi komandanın heyətində protokolda adı yazılmayan 4 futbolçunun iştirakı səbəb olub.

Daha bir texniki məğlubiyyət AFFA-nın Yüksək Qızlar Liqasında çıxış edən “Qəbələ”yə verilib.

Buna bölgə təmsilçisinin dekabrın 28-də “Dirçəliş”lə keçirilməli olan oyuna çıxmaması və ev sahibi kimi matçı təşkil edə bilməməsi (ev sahibi komandanın saatı bildirməməsi) səbəb olub. Nəticədə görüş baş tutmadığı üçün "Qəbələ" 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
11 Yanvar 19:30 Çək və bizə göndər!