COP29

Göz yaşları içində vida - Təsirli anlar VİDEO+FOTOLARda

13 Oktyabr 10:40 Hadisə 2 229
Göz yaşları içində vida - Təsirli anlar VİDEO+FOTOLARda

Almaniya millisinin sabiq forvardı Lukas Podolski karyerasını bitirib.

Sportinfo.az xəbər verir ki, 39 yaşlı hücumçu üçün vida matçı keçirilib.

Oyunda tirubunalara 50 min azarkeş toplaşıb.

Son klubu “Qornik Zabrze”lə (Polşa) peşəkar karyerasına başladığı “Köln” arasında keçirilən vida matçından sonra Podolski göz yaşlarına hakim ola bilməyib.

O, qarşılaşmada hər iki klubun formasını geyinib. Mərasimdə Podolskinin bir sıra məşhur keçmiş komanda yoldaşları, o cümlədən Manuel Noyer, Mats Hammels, Per Mertesaker, həmçinin məşqçilər Hansi Flik və Yoahim Löv iştirak ediblər.

“Köln”, “Bavariya”, “Arsenal”, “İnter”, “Qalatasaray”, “Antalyaspor” klublarda çıxış edən Podolski Almaniya millisində 130 oyunda 49 qol vurub.

O, 2014-cü ildə Almaniya millisinin heyətində Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.




Digər Xəbərlər
Xəbər Lenti