
Azərbaycanda «Pro» kateqriyalı məşqçi kursları bərpa olunacaq.
Saytımıza verilən məlumata görə, kurslar martın ikinci yarısında təşkil ediləcək.
«A» lisenziyalı 10-dan artıq məşqçi «Pro»da iştirak üçün ərizə göndərib. Onların mütləq əksəriyyəti hazırda Premyer Liqa və I Liqa klublarında çalışanlardır.
Ölkəmizdə ən ali kateqoriyaya aid kurslar sonuncu dəfə 2023-cü ildə keçirilib. Halbuki UEFA-nın tələbinə görə, belə seminarlar hər il düzənlənməlidir.
Ötən il bunu etmək mümkün olmadı. Çünki kursların təlimatçıları ilə onlara ödəniləcək məbləğlə bağlı razılığa gəlinmədi.
SPORTİNFO.AZ