COP29

Azərbaycanda 3 klubun transfer siyahısında olan əcnəbi Bakıda - FOTOLAR

31 İyul 00:20 Hadisə 1 313
Azərbaycanda 3 klubun transfer siyahısında olan əcnəbi Bakıda - FOTOLAR

"Qarabağ" Çempionlar Liqası II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Linkoln"u qəbul edib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanı izləyənlər arasında tanış sima da var.

Belə ki, "Sabah"ın sabiq futbolçusu Aleksey Kaşuk Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü tribunadan izləyib.

Aleksey Kaşuk "Qarabağ"ın oyununda - Şəkil

Kaşukun hansı klubla danışıqlar apardığı bəlli deyil. Ukrayna futbolçunun adı "Neftçi", "Sabah" və "Qarabağ"la hallanırdı.

Aleksey Kaşuk 2022-ci ilin mart ayından 2023-cü ilin mayınadək "Sabah"da çıxış edib. Hazırda azad agent statusunda olan 24 yaşlı vingerin son klubu "Şaxtyor" olub.

Digər Xəbərlər
Xəbər Lenti