COP29

AFFA rəhbərliyi sədr postunu bu şəxsə həvalə etdi

18 İyul 14:40 Gündəm 2 662
AFFA rəhbərliyi sədr postunu bu şəxsə həvalə etdi

AFFA Hakimlər Departamentinə yeni sədr təyin olunub.

Bu post keçmiş FIFA referisi Ömər Paşayevə həvalə edilib.

Onunla 1 illik müqavilə imzalanıb .

Ömər Paşayev Barış Şimsəyin rəhbərliyi dövründə AFFA Hakimlər Komitəsinin üzvü olub. O, komitənin Talantlar Qrupunun rəhbəri kimi çalışıb.

Hakimlər Departamentinin əvvəlki sədri Cavid Cəlilov idi. Fəaliyyəti dövründə yol verdiyi nöqsanlara görə iyunun əvvəlində onun işinə xitam verilib.

Premyer Liqanın bəzi klublarının rəhbər şəxsləri ilə münasibətləri Cəlilovu AFFA rəhbərliyində şübhə yaradıb. Bununla belə, o, baş hakim kimi Premyer Liqa və I Liqa oyunlarına təyinat almağa davam edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti