COP29

Rövnəq Abdullayev 5 ay qabaq imzanı atdı, AFFA söküntüyə yenicə başladı

21 İyul 14:00 Gündəm 2 642
Rövnəq Abdullayev 5 ay qabaq imzanı atdı, AFFA söküntüyə yenicə başladı

Ağsu şəhər stadionun qazonunun dəyişdirilməsinə başlanılıb.

Bu barədə AFFA-dan redaksiyamıza bildirilib.

Məlumat verilib ki, süni ot örtüyü bir neçə gün öncə sökülüb. İstifadə müddəti çoxdan bitmiş «yaşıl xalça» yenisi ilə əvəz olunacaq.

Onun altında isə xüsusi qoruyucu qat yerləşdiriləcək.

Federasiyadan aldığımız xəbərdə qeyd olunub ki, yeni qazon üçüncü kateqoriyaya aiddir. Prosesin sentyabrın ilk ongünlüyündə başa çatdırılması nəzərdə tutulub.

Bütün xərclər UEFA-nın «Het-Trik» proqramı çərçivəsində qarşılanır.

Rövnəq Abdullayev martda, hələ AFFA-nın prexidenti olduğu vaxt Avropa futbol qurumunun ayırdığı vəsaitin bir hissəsinin Ağsu stadionunun qazonunun dəyişdirilməsinə sərf olunması ilə bağlı sənədi imzalayıb.

AFFA apreldə açıqladığı hesabatda qurumun balansında olan stadionların saxlanılmasına və yenidən bərpasına ayrılan vəsaitlər şeyd olunub.

Burada qeyd edilib ki, Ağsu stadionunda aparılan təmirə 110 min 367 manat xərclənib.

2011-ci ildə açılışı olmuş arena 3 min tamaşaçı tutumuna malikdir.

Ötən ilin noyabrında başlayan və bu ilin martında tamamlanan təmir işlərindən sonra oturacaqlar dəyişdirilib, tribunaların dam örütüyü yenilənib. İşıqlandırma sistemi ilə bağlı problemlər aradan qaldırılıb, ərazidə ümumi abadlıq işləri görülüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?