COP29

Prezident dedi: “Birgə media işçi qrupu da yarada bilərik”

21 İyul 08:10 Gündəm 817
Prezident dedi: “Birgə media işçi qrupu da yarada bilərik”

“Biz Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük”.

Bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Pakistan tərəfindən hər zaman qardaş dəstəyi hiss etdiyimizi xatırladan dövlətimizin başçısı buna görə bir daha minnətdarlığını bildirib.

“Bu sahədə (media – red.) səylərimizin birləşdirilməsi çox yaxşı bir fikirdir. Hesab edirəm ki, biz bir-birimizi müxtəlif istiqamətlərdə dəstəkləyə bilmək üçün birgə media işçi qrupu da yarada bilərik.

Bəzi beynəlxalq media təşkilatlarına bizim çıxışımız var, bəzilərinə isə sizin. Bunu təkcə Pakistanla deyil, digər dost ölkələrlə də edə bilərik”, - deyə Azərbaycan Prezidenti diqqətə çatdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?