COP29

Xorvatiyadakı səfirimiz "Qarabağ"ın matçına gələcək?

20 Avqust 09:20 Gündəm 918
Xorvatiyadakı səfirimiz "Qarabağ"ın matçına gələcək?

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın səfərdə Zaqreb "Dinamo"suna qarşı keçirəcəyi ilk matçda Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanovun iştirak edəcəyi gözlənilir.

Azərbaycan çempionunu nə qədər azarkeşin dəstəkləyəcəyi isə sual altındadır. "Qarabağ"ı "Maksimir" stadionunda dəstəkləmək istəyən azərbaycanlı azarkeşlərə ümumilikdə 1254 ədəd vauçer ayrılıb.

Azarkeşlər vauçerləri əldə edərək oyun günü "T.JUK South Stand" sektorunun qarşısında yerləşən məntəqədə biletə dəyişməlidirlər.

Sportinfo.az xəbər verir ki, biletlərin qiyməti 30 avrodur.

Vauçerləri biletlərə dəyişmək üçün kassalar oyundan 2 saat əvvəl açılacaq.

"Dinamo" - "Qarabağ" görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab oyunu avqustun 28-də gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…