COP29

Tanınmış şirkət Azərbaycandakı stadionla əməkdaşlığı dayandırıb?

16 İyul 19:40 Gündəm 2 352
Tanınmış şirkət Azərbaycandakı stadionla əməkdaşlığı dayandırıb?

“Dalğa Arena”nın adı mövsümün gedişində dəyişdirilərək “Liv Bona Dea Arena”ya çevrilmişdi.

Yəni Mərdəkandakı stadion artıq xeyli vaxtdır bu adı daşıyır.

Lakin “Zirə”nin rəsmi səhifələrində məkanın adı “Dalğa Arena” kimi göstərilir ki, bu, izləyicilərdə müəyyən fikir dağınıqlığına səbəb olur. Hətta bəziləri “Liv Bona Dea” hospitalı ilə əməkdaşlığın dayandırıldığını düşünür.

Bildirək ki, “Zirə”nin addımı UEFA-nın tələbinə görədir. Avropanın ali futbol qurumu rəsmi matçlar zamanı stadionun sponsor şirkətin adı ilə təqdim olunmasına qarşıdır. Arena hansısa şirkətin adı ilə göstərilə bilməz.

Necə ki, əvvəlki dönəmlərdə “Neftçi”nin ev oyunları zamanı stadion “Bakcell Arena” kimi yox, “8-ci kilometr stadionu” kimi təqdim olunurdu.

“Sabah”ın yararlandığı “Bank Respublika Arena”nın adı isə ötən yay UEFA-nın saytında “Əlincə” stadionu kimi göstərilmişdi.

Bir sözlə, Mərdəkandakı stadion daxili yarışlarda “Liv Bona Dea Arena”, beynəlxalq matçlarda “Dalğa Arena”dır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?