COP29

İyulun 19-da gözlənilən hava şəraiti - Yağış, dolu, 36° isti

19 İyul 07:00 Gündəm 1 375
İyulun 19-da gözlənilən hava şəraiti - Yağış, dolu, 36° isti

İyulun 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Axşama doğru əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi dağlıq və dağətəyi ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti, dağlarda gecə 14-18° isti, gündüz 18-23° isti olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?