COP29

Onlar da Bakıya qayıtdı – Hava Limanından FOTOLAR

10 Sentyabr 08:20 Gündəm 1 033
Onlar da Bakıya qayıtdı – Hava Limanından FOTOLAR

Fransanın paytaxtı Paris şəhərində keçirilən Yay Paralimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançıları Vətənə dönüblər.

Sportinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, mükafatçıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Paralimpiya Komitəsinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

“Paris-2024” Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb.

Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.

Daha əvvəl paralimpiyaçıların ilk qrupu vətənə qayıtmışdı.



Xəbər Lenti
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?