"Çelsi"dən böyükhesablı, “Betis”dən inamlı qələbə - Konfrans NƏTİCƏLƏRİ

11 Aprel 01:50 Gündəm 892
"Çelsi"dən böyükhesablı, “Betis”dən inamlı qələbə - Konfrans NƏTİCƏLƏRİ

Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, 4 matçın hamısı eyni gündə olub.

"Çelsi" səfərdə "Legiya"ya qalib gəlib. "Betis" "Yagelloniya"nı məğlub edib. "Fiorentina" "Selye"ni üstələyib. "Yurqorden" isə evdə "Rapid"ə uduzub.

Bu mərhələnin cavab görüşləri 1 həftə sonra keçiriləcək.

20:45. “Legiya” (Polşa) - “Çelsi” (İngiltərə) - 0:3

Qollar: Georgi, 49, Madueke, 57, 74

23:00. “Yurqorden” (İsveç) - “Rapid” (Avstriya) - 0:1

Qol: Findel, 62-avtoqol

23:00. “Betis” (İspaniya) - “Yagelloniya” (Polşa) - 2:0

Qollar: Bakambu, 26, Rodriqez, 45+2

23:00. “Selye” (Sloveniya) - “Fiorentina” (İtaliya) - 1:2

Qollar: Delaurayr, 68-pen. – Ranyeri, 27, Mandraqora, 62-pen.

Digər Xəbərlər
Xəbər Lenti