COP29

Mahir Emrelinin anası AÇIQLADI: “Oğlum bu klubun düşərgəsindədir”

4 İyul 01:10 Gündəm 1 309
Mahir Emrelinin anası AÇIQLADI: “Oğlum bu klubun düşərgəsindədir”

Bir neçə gün öncə Bodrumda istirahət edən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin sosial şəbəkədəki paylaşımı diqqətimizi çəkdi.

Sonuncu dəfə futbolçunun anası Elnurə Emreli ilə əlaqə saxlayanda bildirmişdi ki, iyunun 29-dan sonra "Dinamo"nun düşərgəsinə qoşulacaq.

Lakin Emrelinin paylaşımı sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. Görəsən, Mahir "Dinamo"nun düşərgəsinə qoşulmayıb? Sualımızı Elnurə Emreliyə ünvanladıq.

Sportinfo.az xəbər verir ki, Mahirin anası offsideplus.az-a açıqlamasında bunları söyləyib:

"Oğlum iyunun 29-dan "Dinamo"nun düşərgəsindədir. Həmin paylaşım köhnə şəkildir.

Mahir "Dinamo"nun üzvüdür. Başqa kluba keçidi ilə bağlı hansısa məlumat yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti
6 İyul 01:50 Fransa yarımfinalda