"Barselona" Bakıda haranı bəyəndi? - SON DƏQİQƏ

1 Aprel 13:00 Gündəm 2 609
"Barselona" Bakıda haranı bəyəndi? - SON DƏQİQƏ

"Barselona"nın nümayəndələrinin Bakıda "ASK Arena" və "Liv Bona Dea Arena" stadionlarına baxış keçirməsindən xəbərdarsız.

Onların arasında "Barselona" futbol akademiyasının Avropa, Yaxın Şərq və Afrika (EMEA) bölgəsinin rəhbəri Mark Sabate Ferre və Avropa və Afrika üzrə texniki koordinatoru Bernat Villa Ay Qorris də olub.

Daha öncə İspaniya klubunun prezidenti Joan Laporta Azərbaycana gələrək, burada "Barselona"nın akademiyasını yaratmaq istədiklərini bildirib.

O, martın 5-də ölkə rəhbərliyi ilə görüşüb. Həmin görüşdə AFFA prezidenti Rövşən Nəcəf və iş adamı Adnan Əhmədzadə də iştirak edib.

"Barselona"nın Bakıda görəcəyi işə AFFA köməklik göstərəcək.

Katolonlar Bakıda baxış keçirdiyi iki stadiondan biri olan "ASK Arena"nı daha çox bəyənib. Çox böyük ehtimalla, akademiyanı da elə burada quracaqlar.

"ASK Arena"nın şəhərin mərkəzində yerləşməsi, ərazisinin böyük, bir neçə meydançasının olması "Barsa"lı qonaqların diqqətini çəkib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti