COP29

"Azərbaycan əhalisinin Xankəndi, Xocalı və digər ərazilərə qaytarılması üçün..."

20 Mart 2023 02:30 Gündəm 511
"Azərbaycan əhalisinin Xankəndi, Xocalı və digər ərazilərə qaytarılması üçün..."

“Azərbaycan əhalisinin Xankəndi, Xocalı və rus sülhməramlıların nəzarətində olan digər ərazilərə qaytarılması üçün əsas şərt Ermənistan hərbi birləşmələrinin və Qarabağ ərazisindəki separatçı silahlıların dərhal ərazidən çıxarılmasıdır”.

Bu sözləri Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı siyasi analitik İqor Korotçenko “Vestnik Kavkaz”a açıqlamasında deyib.

İ.Korotçenko vurğulayıb ki, Azərbaycan hakimiyyətinin sakinləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonaya qaytarmaq hüququ var:

“Bura Azərbaycanın ərazisidir. Qarabağ münaqişəsi başa çatıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Necə ki, azərbaycanlı əhali, məsələn, əvvəllər Ermənistanın işğalı altında olan Ağalı və Talış kəndlərinə qayıdır, bu proses Qarabağın Rusiyanın sülhməramlı kontingentinin olduğu hissəsində də aparılacaq.

Bu, Qarabağda erməni qeyri-qanuni silahlı birləşmələrinə görə bu gün baş vermir, amma proses üzərində işləmək lazımdır”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?