
Yaxın 10 gün ərzində AFFA-ya yeni təyinat gerçəkləşəcək.
Bu barədə redaksiyamıza son dəqiqə məlumatı daxil olub.
Belə ki, federasiya portuqaliyalı funksionerlə anlaşma əldə edib. O, qarşıdakı günlərdə Azərbaycana təşrif buyuracaq və texniki direktor postunu tutacaq.
Qurum rəhbərliyi həmin şəxsi Fernandu Santuşun vasitəsilə tapıb. Millinin baş məşqçisi köhnə tanışlarından biri ilə AFFA arasında əlaqə yaradaraq, bura gəlməsinə vəsilə olub.
Uzun müddətdir ki, texniki direktor postu Cahangir Həsənzadənin ixtiyarındadır. Bu zat AFFA-nın keçmiş icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun ən yaxın adamlarından biri hesab olunur.
SPORTİNFO.AZ