COP29

Azərbaycan və Ermənistan sərhədçiləri sərhəddə xidmətə başlayır

25 May 12:10 Gündəm 475
Azərbaycan və Ermənistan sərhədçiləri sərhəddə xidmətə başlayır

Ermənistanın Sərhəd Qoşunları Ermənistan-Azərbaycan sərhədinin Tavuş istiqamətində mühafizəni rəsmən öz üzərinə götürür.

Bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.

Məlumata görə, burada söhbət Berkaber (ER) - Qızılhacılı (AR) kəndi yaxınlığında 1,9 kilometr, Voskepar (ER) - Aşağı Əskipara (AR) və Bağanis (ER) - Bağanıs Ayrım (AR) kəndlərində 4,9 kilometr ərazidən gedir.

Bildirilir ki, dövlət sərhədinin Kirants (ER) – Xeyrımlı (AR) istiqamətindəki 5,8 kilometrlik hissəsində sərhədin mühafizəsi keçid sxemi üzrə həyata keçiriləcək:

“Eyni məntiqə uyğun olaraq, mayın 24-dən Azərbaycanla sərhədin qeyd olunan istiqamətlərində dövlət sərhədinin mühafizəsini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin bölmələri həyata keçirəcək”.

Erməni mediası Kirants kəndində üzərində “AZE” yazılı sərhəd dirəklərinin quraşdırılması prosesinin davam etdiyini, eləcə də həmin kənddə sərhədçilər üçün evlərin quraşdırılması işlərini əks etdirən görüntülər yaymışdı.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?