
Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyi yeni istəyə düşüb.
Yumurtadan yun qırxmaq həvəsinə düşən PFL-in başbilənləri indi də forma satışına girişib.
İdman geyimləri istehsal edən firmalardan biriylə sövdələşən çempionatın təşkilatçısı olan qurum I Liqa klublarına təsir göstərməyə başlayıb.
Aşağı liqanın iştirakçılarının qapısını döyən PFL onlarlan adını çəkmək istəmədiyimiz firmanın məhsullarından istifadə etmələrini istəyib.
Hətta bu işdə vasitəçilik missiyasını da öz üzərlərinə götürüblər. Yəni ki, siz istəyin, biz danışaq.
Xeyir ola? PFL rəsmilərinin madiyyat əldə etmək niyyəti yoxdursa, niyə belə əl-ayağa düşüblər? Yoxsa top biznesindən qazandıqları daha onlara azlıq eləyir?
Futbolətrafı «ticarət şəbəkəsi» qurmaq Elxan Məmmədovun əsasını qoyduğu ənənədir.
O, AFFA-nın icraçı vitse-prezidenti və baş katibi olduğu illərdə həmişə belə «hoqqalar»dan çıxıb, böyük gəlir mənbəyi əldə edib.
Forma biiznesi də uzun illər onun nəzarətində olub. Bu məqsədlə qurduğu «Kitpro» şirkətinin aqibəti də hər kəsə yaxşı məlumdur.
Məhz saytımızın apardığı geniş araşdırmadan və üzə çıxardığı ilginc faktlardan sonra E.Məmmədov «Kitpro»nu bağlamaq məcburiyyətində qalmışdı.
İnd idə keçmiş marketoloqun yolunu onun PFL-dəki dostları davam etdirir. Yaxşı deyiblər, ata bağla atın yanına, həmrəng olmasalar da, həmxasiyyət olarlar.
SPORTİNFO.AZ