Hazırda Ermənistanın nəzarətində olan bu ərazilər Azərbaycana qaytarılacaq

07:50 Gündəm 156
Hazırda Ermənistanın nəzarətində olan bu ərazilər Azərbaycana qaytarılacaq

Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyasının yeni mərhələsi Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayacaq. Ermənistanın Noyemberyan rayonunun Koğb və Berdavan kəndlərinin yerləşdiyi bu ərazilərin müəyyən hissəsi demarkasiyadan sonra Azərbaycana veriləcək.

Bu barədə Ermənistanın Tavuş vilayətindən olan jurnalist Voskan Sarkisyan bildirib.

"Tavuş sərhəd zonasında xidmət edən müqaviləli hərbçilər qeyd edirlər ki, həmin ərazidə demarkasiyaya aprelin 15-də başlanmalı idi. Demarkasiya ona görə ləngiyir ki, yeni sərhədlərdən sonra bəzi ərazilər Azərbaycana veriləcək, erməni mövqeləri arxa cəbhəyə keçəcək, amma yeni erməni mövqeləri hələ hazırlanmayıb və müvafiq materiallarla təchiz olunmayıb. Sərhədçilər bildiriblər ki, yeni sərhəd xətti ermənilərin Qırants, Berkaber kəndlərinin yaxınlığından keçəcək".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 08:20 Barbara, Fatimə, Ayan...