Azərbaycanda belə oyun ələ düşməyəcək - Taleləri oxşarların “qırğın”ı!

23 Aprel 19:40 Gündəm 229
Azərbaycanda belə oyun ələ düşməyəcək - Taleləri oxşarların “qırğın”ı!

Necə deyərlər, o an yetişdi.

Bir neçə saatdan sonra həftələrdir gözlənilən “Sabah” – “Neftçi” qarşılaşmasının start fiti çalınacaq.

Eyni taleyi yaşayan hər iki komanda Premyer Liqadan əlini üzdüyündən bütün ağırlığını ölkə kubokuna salıb.

Xərclənən milyonların qarşılığını vermək üçün titul qazanmaq mütləqdir. “Zirə”, “Araz-Naxçıvan”, “Turan Tovuz” kimi ortabab büdcəyə sahib olanlar avrokuboklara vəsiqənin bir addımlığına qədər gəlibsə, “Neftçi”ylə “Sabah”ın kənarda qalması uğursuzluq sayılacaq.

Hər ikisinin vəziyyəti aşağı-yuxarı eynidir.

*İkisi də mövsümü qeyri-sabit keçirir.

*İkisi də çempionata bir məşqçi ilə başlayıb, hazırda başqa məşqçi ilə davam edir.

*İkisi də legioner bolluğuna rəğmən, ciddi mənada heç nə ilə yadda qalmayıb.

*İkisi də kubokun qulpundan yapışmağa can atır.

Aprelin 2-dəki qarşılaşmada “tələbələr”in qazandığı qələbə (2:1) “Sabah”ı bir xeyli ümidləndirsə də, bu cür duellərdə gedişat kökündən dəyişə bilir. Məsələn, “Neftçi”nin vuracağı bir qol hadisələrin axarına öz təsirini göstərəcək. Və ya hesabı “Sabah” açsa, “ağ-qaralar”ın “kitabı bağlanacaq”.

Prinsipiallığın pik həddə çatacağı görüşdə emosiyalar qızışacaq, meydandakı mübarizə zövq verəcək. Çempionatın bəlkə də ən maraqlı və qalmaqallı matçına tamaşa edəcəyik.

Bu cür oyunun göz oxşaması üçün azarkeşlərin stadionu doldurması mütləqdir. Çünki belə oyun hər imkanda ələ düşmür.

Görək sonda kimin üzü güləcək.

Bu gün “Bank Respublika Arena”da keçiriləcək duelin start fiti saat 20:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 20:30 Çək və bizə göndər!
23 Aprel 11:00 İstiqaməti düz seçin!
23 Aprel 08:20 Barbara, Fatimə, Ayan...