PFL üç futbolçuyla bağlı klublara xəbərdarlıq etdi

23 Aprel 14:40 Gündəm 300
PFL üç futbolçuyla bağlı klublara xəbərdarlıq etdi

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab matçları bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.

Bu gün üç futbolçu meydana ayaq basmaqdan, bir məşqçi isə texniki zonada yer almaqdan məhrumdur.

Bunlar “Qarabağ”dan Marko Veşoviç, “Neftçi”dən Bassala Sambu, “Araz-Naxçıvan”dan Vanderson Melodur.

Hər üç oyunçu cəzalı durumda olduqları üçün kənarda qalacaq. “Sabah”ın məşqçisi Aleksey Antonyuk da eyni səbəbdən oyunu tribunadan izləməli olacaq.

Peşəkar Futbol Liqası cəzalıların kimliyi ilə bağlı klublara xəbərdarlıq edib.

Aprelin 23-də saat 17:00-da “Qarabağ” – “Araz-Naxçıvan”, bundan 3 saat sonra “Sabah” – “Neftçi” görüşləri start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 20:30 Çək və bizə göndər!
23 Aprel 11:00 İstiqaməti düz seçin!
23 Aprel 08:20 Barbara, Fatimə, Ayan...
23 Aprel 01:10 AFFA cəzanı yumşaltdı