
AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib.
Sportinfo.az xəbər verir ki, AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov tərəfindən baş tutan modulda ona təlimatçı Osman Rəhimov köməklik edib.
Tanışlıq xarakteri daşıyan I mərhələdə kurs haqqında ümumi məlumat verilib, iştirakçıları nələrin gözlədiyi, hansı modulların olacağı və onların kurs ərzində vəzifələri barədə danışılıb.
Kurslara qatılanlar arasında “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov, Azərbaycanın U-17 millisinin baş məşqçisi Aqil Nağıyev, “Şamaxı”nın məşqçisi Elnur Çodarov, veteran futbolçu Rəşad Abdullayev, “Qarabağ”ın bolqar məşqçisi Çudomir Çakarov da var.