
Almaniya 2-ci Bundesliqasında 30-cu turunun matçları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” doğma meydanda “Paderborn” ilə qarşılaşır.
Yığmamızın hücumçusu matçın 2-ci dəqiqəsində hesabı açıb.
M.Emreli ötən tur da qolla yadda qalmışdı.