Mahir Emreliyə daha bir müştəri tapıldı - Getdiyi ölkədə

18 Aprel 14:20 Gündəm 757
Mahir Emreliyə daha bir müştəri tapıldı - Getdiyi ölkədə

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin xidmətində daha bir klub maraqlıdır.

Sportinfo.az xəbər verir ki, “Nürnberq”in forvardını II Bundesliqada çıxış edən “Herta” transfer etmək istəyir.

Berlin təmsilçisi Emrelini bu yay heyətinə qatmaqda israrlıdır.

“Nürnberq” müqavilə müddətini artırmaq istəməsə, Mahir bu yay azad agent statusunu daşıyacaq.

Millimizin üzvü mövsümün əvvəlində “Nürnberq”lə müqavilə imzalamışdı. Onun komandası 29 turdan sonra 2-ci Bundesliqada 44 xalla 8-ci, “Herta” isə 37 xalla 12-ci pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"