
Azərbaycanda yeni futbol komandası yaradılıb.
Sportinfo.az xəbər verir ki, onlar Kəlbəcər rayonunu təmsil edəcək. Elə özü də “Murov Kəlbəcər” adlanır.
“Murov Kəlbəcər”in yaradıcısı İlqar Məmmədovdur. O, özü də Kəlbəcərdəndir və Azərbaycan İdman Akademiyasının məzunudur.
Hazırda Buzovna qəsəbəsindəki 125 nömrəli məktəbdə fiziki tərbiyə müəllimi kimi çalışır
Komandanın məşqçiləri Sadəddin Əhmədov və Tamerlan Səfərlidir.
