Azərbaycanda hər kəs bu matçı gözləyir - Yeni intriqa, yüksək mükafat və...

23 Aprel 17:20 Gündəm 236
Azərbaycanda hər kəs bu matçı gözləyir - Yeni intriqa, yüksək mükafat və...

"Sabah"ın "Neftçi"nin yarımmüdafiəçisi Elvin Camalovla bağlı yaydığı şok bəyanat gündəmə bomba kimi düşdü.

Kimisi təcrübəli yarımmüdafiəçini sabiq komanda yoldaşı Cesse Sekidika ilə "Neftçi"yə mümkün keçidini söhbət etməsini normal qarşıladı, kimisi də Camalovun kapitanı olduğu sabiq komandasına qarşı bu hərəkətini qınadı.

Hərənin öz haqlı arqumenti ola bilər.

Bizim bununla bağlı işimiz yoxdur.

İstənilən halda bu hadisə olmasa, bu həddə şişməsə daha yaxşı olardı.

Amma hər neqativ hadisənin içində pozitiv məqamlar da mütləq var.

Bu hadisədə olduğu kimi.

Mövsümün qalan bölümündə "Neftçi" və "Sabah" daha iki dəfə üz-üzə gələcək. Biri ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə, digər Premyer Liqa matçında.

Başverənlər tərəflər arasındakı matçlara böyük gərginlik qatacaq.

Rəqabət pik həddə yüksələcək.

Öz adıma deyim ki, növbəti "Neftçi" - "Sabah" duelini səbrsizliklə gözləyirəm.

Əminəm ki, hər iki tərəf də iki qat motivasiya ilə meydana çıxacaq.

Futbolçulara yaxşı mükafat vədi qaçılmazdır.

Azarkeşlərin həmin görüşlərə marağı mütləq birə beş artacaq.

Meydanda amansız mübarizə görəcəyimiz dəqiqdir.

Artıq sıradan bir oyun yox, rəhbərlikdən siravi işçiyə kimi hər kəsə təsir edən hadisələrin təsiri altında keçiriləcək qarşılaşmalar bizi gözləyir.

Ölkə futbolu belə oyunlara, belə prinsipial matçlara çox acdır.

Ümid edək ki, yekunda haqq edən qalib gələcək.

Məsələn, son oyunda hakimlərin "Sabah"ın əleyhinə olan kobud xətalarını görməyəcəyik.

Ədalətli oyun və layiqli mübarizə sonda zəfər çalacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 20:30 Çək və bizə göndər!
23 Aprel 11:00 İstiqaməti düz seçin!
23 Aprel 08:20 Barbara, Fatimə, Ayan...
23 Aprel 01:10 AFFA cəzanı yumşaltdı