PFL gözlənilən qərarı verdi - Gün dəyişdirildi, yer qaldı

10 Aprel 14:00 Gündəm 1 376
PFL gözlənilən qərarı verdi - Gün dəyişdirildi, yer qaldı

Azərbaycan Kubokunun final matçının vaxtı dəyişdirilib.

Peşəkar Futbol Liqası (PFL) bununla bağlı yeni qərar qəbul edib.

PFL-dən saytımıza daxil olan informasiyaya görə, qarşılaşma iyunun 1-də deyil, mayın 31-də keçiriləcək.

Bu, Azərbaycan Minifutbol Federasiyasının (AMF) PFL-ə şifahi formada müraciəti ilə əlaqədardır. Belə ki, AMF iyunun 1-də keçirilməli olan Azərbaycan Kubokunun final matçının vaxtının dəyişdirilməsini istəyib.

Buna səbəb Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının finalının da eyni günə təsadüf etməsidir. Federasiya PFL-dən kubokun həlledici qarşılaşmasının mayın 31-də, yaxud iyunun 2-də düzənlənməsini xahiş eləyib.

PFL rəsmi qərarını tezliklə açıqlayacaq. Təşkilatçı qurum məkanı olduğu kimi saxlayıb.

Final əvvəlcədən nəzərdə tutulduğu kimi Sumqayıtda - Mehdi Hüseynzadə adına stadionda düzənlənəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti