Danışıqlar başladı, bu qərar veriləcək - Ya 1 gün tez, ya 1 gün gec olacaq

9 Aprel 13:00 Gündəm 1 417
Danışıqlar başladı, bu qərar veriləcək - Ya 1 gün tez, ya 1 gün gec olacaq

Azərbaycan Minifutbol Federasiyası (AMF) Peşəkar Futbol Liqasına (PFL) şifahi formada müraciət edib.

AMF iyunun 1-də keçirilməli olan Azərbaycan Kubokunun final matçının vaxtı dəyişdirilməsini istəyib.

Buna səbəb Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının finalının da eyni günə təsadüf etməsidir. Federasiya PFL-dən kubokun həlledici qarşılaşmasının mayın 31-də, yaxud iyunun 2-də düzənlənməsini xahiş eləyib.

Böyük ehtimalla, PFL qarşı tərəfin təklifini müsbət cavablandıracaq.

Hər halda tərəflər arasında danışıqlar yekun mərhələdədir və ən qısa müddətdə cavab məlum olacaq. Telefon görüşmələri bu axarda getsə, AMF PFL-ə rəsmi məktub göndərəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti