
“Nürnberq”ın formasını geyinən Mahir Emreli yeni sezona yeni klubda başlaya bilər.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, “Anderlext” azərbaycanlı hücumçunu transfer etməyi planlaşdırır.
Belçika klubu Emrelini uzun müddətdir ki, heyətinə qatmaq istəyində olub. Amma onlar bu keçidi reallaşdıra bilməyib.
Lakin “Anderlext” rəsmiləri bu yay azərbaycanlı vinger üçün yayda addım atacaq. Belçika nəhəngi Emreli ilə 2 illik müqavilə imzalamaq niyyətindədir.
Mahir mövsümün əvvəlində “Nürnberq”lə 1+1 illik müqavilə imzalayıb.