Sponsor kisənin ağzını açdı - Onlara heç vaxt olmadığı qədər pul vəd edildi!

30 Mart 12:20 Gündəm 1 844
Sponsor kisənin ağzını açdı - Onlara heç vaxt olmadığı qədər pul vəd edildi!

Bu gün Premyer Liqada 28-ci tura yekun vurulacaq.

Hesabat həftəsinin ən strateji qarşılaşması «Kəpəz» və «Səbail» arasında keçiriləcək.

Hazırda bu komandalar turnir cədvəlində qonşudur. Doqquzuncu pillədəki Gəncə təmsilçisi son sıradakı «dənizçilər»i 5 xal qabaqlayır.

«Sarı-göylər» Tovuzda düzənlənəcək matçda qalib gələrsə, elitadakı yerini böyük ölçüdə təmin edəcək. Klubun yeni himayədarı bu görüşdən öncə kisənin ağzını geniş açıb.

Futbolçulara verilən xəbər böyük maraqla qarşılanıb. Belə ki, «Kəpəz» çempionatda qalmaq yolunda əsas rəqibini üstələyərsə, sponsor tərəfindən hər oyunçuya 5000 manat mükafat ödəniləcək.

Ümumiyyətlə, gəncəlilər liqanın son dövrəsində pul içində üzə bilər. Onları qalan oyunlarda da böyük miqdarda pul gözləyir. Qazanılacaq hər uğurlu nəticəyə görə 3000-4000 manat alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 23:45 3 qol - VİDEO