“Neftçi” üçün: Üçü oynamayacaq, üçü hazırdır

29 Mart 15:15 Gündəm 677
“Neftçi” üçün: Üçü oynamayacaq, üçü hazırdır

Dördüncü dövrənin açılış turunda “Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək.

“Neftçi Arena”da inamlı görünən “ağ-qaralar” Premyer Liqada son 11 oyunda cəmi bir qələbəyə sevinən rəqibi üzərində qələbəni bayram etmək niyyətindədir.

Bakılıları həvəsləndirən təkcə naxçıvanlıların uğursuzluq zolağına düşməsi deyil. Həm də “qırmızı-ağlar”ın heyətindəki itkilərin işə yarayacağına ümid edirlər.

Belə ki, “Neftçi”ylə qarşılaşmada Felipe Santos cəza səbəbindən forma şansı qazanmayacaq. Zədəsini sağaltmaqla məşğul olan Miço Kuzmanoviçlə Mustafa Əhmədzadənin də kənarda qalacaqları dəqiqdir.

Bəxtiyar Həsənalızadəyə gəlincə, təcrübəli müdafiəçi kollektivlə çalışmalara start verib. Lakin oynayıb-oynamayacağı baş məşqçinin verəcəyi qərardan asılıdır.

Naxçıvanlı futbolsevərlər üçün sevindirici xəbər ayyarımdır zədədən əziyyət çəkən Ramon Maçadonun “Neftçi”yə qarşı mübarizə aparmaq ehtimalının yüksək olmasıdır.

Braziliyalı hücumçu komanda ilə məşqlərə start versə də, hazırlıq durumunun istənilən səviyyədə olmaması “11-lik”də yer almasını şübhə altına alır.

“Şamaxı” ilə qarşılaşmada iştirak etməyən Qara Qarayevin durumu ürəkaçandır. Sabiq milli üzvü keçmiş komandasına qarşı oynaya biləcək.

Martın 29-da “Neftçi Arena”da keçiriləcək oyun saat 16:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 11:30 DƏVƏT - Buradasız?