Millinin qonağı Bakıda - Öncə stadionda, sonra oteldə məşq etdilər

25 Mart 03:10 Gündəm 264
Millinin qonağı Bakıda - Öncə stadionda, sonra oteldə məşq etdilər

Belarus komandası Masazırda Azərbaycan yığması ilə qarşıdakı yoldaşlıq görüşü üçün Bakıda hazırlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, dünən Belarus yığmasının iki məşqi olub.

Onlar öncə səhər Liv Bona Dea Arena stadionunda, axşam isə qaldıqları otelin idman zalında məşq edib.

Millimizin rəqibi martın 21-dən Azərbaycandadır.

Onlar Bakıya gəlməmişdən əvvəl Tacikistanı səfərdə 5:0 hesabı ilə məğlub etmişdi. Millimiz isə Haitiyə evdə 0:3 uduzmuşdu.

Azərbaycan – Belarus oyunu martın 25-də “Bank Respublika Arena” stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Mart 11:30 Düzü budur elə!