
Xəbər verdiyimiz kimi, Azərbaycan millisi bu gün 2025-ci ildə ilk oyununa çıxacaq.
Sportinfo.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv yoxlama matçında tarixində ilk dəfə Haiti millisi ilə üz-üzə gələcək.
Millimiz rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək.
Bu, Azərbaycanın əsas millisinin həmin şəhərdə tarixində ilk oyunu olacaq.
Artıq arenada hazırlıq işləri yekunlaşıb və stadion oyunu qəbul etməyə hazırdır.
Stadionun son durumunu əks etdirən şəkilləri təqdim edirik.