
Azərbaycan millisinin Haiti ilə oyununda 6 debüt gerçəkləşə bilər.
Sportinfo.az xəbər verir ki, martın 22-də Sumqayıtda meydana çıxacaq ilk debütant yığma tarixinə 271-ci kimi düşəcək.
İlk oyununu 1992-ci ildə keçirən komandanın formasını tarixində 270 futbolçu geyinib. Haiti ilə qarşılaşmadakı ilk debüt 271-ci olacaq ki, bu rəqəm 276-ya qədər arta da bilər.
Qapıçı Aydın Bayramov, sahə oyunçuları Mert Çelik, Ağadadaş Salyanski, Xəyal Əliyev, Rəhman Daşdəmirov və Şahin Şahniyarov 271-ci olmağa namizədlərdir.
Azərbaycan – Haiti oyunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.