Birinci Qarabağ müharibəsində itkin düşən daha iki hərbçi dəfn olunacaq - FOTO

04:20 Gündəm 108
Birinci Qarabağ müharibəsində itkin düşən daha iki hərbçi dəfn olunacaq - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən daha iki hərbçinin dəfn mərasimi keçiriləcək.

Bu barədə məlumatı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yayıb.

Behbudov Daşqın Nəsrəddin oğlu martın 19-u saat 14:00-da Göyçay rayonu, Mırtı kənd qəbiristanlığında, Atayev Atakişi Qəhrəman oğlu da martın 19-u saat 12:00-da Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 08:50 Bakıda seans keçəcək