
Bakı və İrəvan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
“Biz bir neçə dəfə məlumat vermişdik ki, son iki maddə qalıb və Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini bizə bildirib. Buna görə, mətn üzrə işlərin yekunlaşdırılmasını qeyd edə bilərik”, - o bildirib.
Nazir vurğulayıb ki, növbəti addım olaraq Azərbaycan tərəfinin gözləntisi Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalan iddiaların Konstitusiya dəyişikliyi yolu ilə aradan qaldırılmasının baş tutmasıdır:
“Əlavə olaraq, keçmiş münaqişənin qalıqları olan Minsk Qrupu və onun digər təchizatlarının da ləğv olunması vacib amildir”.
Ötən ilin dekabrında Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində sülh müqaviləsində razılaşdırılmayan 2 maddənin hansılar olduğunu açıqlamışdı.