
AFFA İcraiyyə Komitəsi (İK) növbəti dəfə bir araya gələcək.
Federasiyanın ali qərarverici orqanının martda yığışması planlaşdırılır.
İK-nin ya ayın əvvəlində, ya da ikinci yarısında toplaşması nəzərdə tutulur.
Komitənin gündəliyinə bir neçə məsələ daxildir.
Bura II Liqa və Region Liqasının növbəti mövsümünün formatı, aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçi postlarına namizədlərin müəyyənləşdirilməsi daxildir.
Həmçinin Azərbaycanda ilk dəfə U-12 və U-14 yığmalarının yaradılması yönündə müzakirələrin aparılması gözlənilir.
SPORTİNFO.AZ