
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, 2-ci oyun günündə keçiriləcək 2 cavab matçı ilə son 2 yarımfinalçı da müəyyənləşəcək.
Əvvəlcə "Zirə" "Araz-Naxçıvan"ı qəbul edib. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.
Günün digər matçında isə "Neftçi" "Kəpəz"lə qarşılaşıb. Oyun bakılıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasında ilk görüşdə də "ağ-qaralar" 2:0 hesablı qələbə qazanıb.
"Neftçi" növbəti raundda "Sabah"la üz-üzə gələcək.
Daha əvvəl 1/4 finalda "Qarabağ" "Səbail"i (1:0, 3:1), "Sabah" isə "Sumqayıt"ı (0:0, 4:0) mübarizədən kənarlaşdırıb.
16:00. “Zirə” – “Araz-Naxçıvan” 0:2
Qollar: Felipe Santos, 3-pen, 45-pen.
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Zirə İdman Kompleksinin stadionu
İlk oyun - 0:1.
"Zirə": 13. Aydın Bayramov 7. Məqsəd İsayev 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 4. Ruan Renato 23. Rafael Utziq 3. Ange Mutsinzi 15. Pyer Zebli 18. Junior Martins 6. Eldar Quliyev 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov 97. Tiaqo Silva 21. Hacıağa Hacılı 16. Fuad Bayramov 14. Elçin Əlicanov 11. Rüstəm Əhmədzadə 5. Stefan Aka 90. Davit Volkov 10. Giorgi Papunaşvili 70. İssa Cibrila 17. Ayron Qomis
Baş məşqçi: Rəşad Sadıqov
"Araz-Naxçıvan": 12. Kristian Avram 5. Qara Qarayev 34. Urfan Abbasov (k) 2. Slavik Alxasov 24. Mustafa Əhmədzadə 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes 4. İqor Ribeyro 97. Felipe Santos 10. Bernardo Dias
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə 6. Vadim Abdullayev 7. Ülvi İsgəndərov 22. Elçin Mustafayev 20. Turan Vəlizadə 11. Bayraməli Qurbanov 71. Sənan Ağalarov 21. Sezar Meza Kolli 8. Karlos Jatoba 9. Əyyub Allaş
Baş məşqçi: Elmar Baxşıyev
19:30. “Neftçi” – “Kəpəz” 1:0
Qol: Bassala Sambu, 27
Qırmızı vərəqə: Bassala Sambu, 61 ("Neftçi")
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
"Neftçi Arena"
İlk oyun - 2:0.
"Neftçi:" 93. Rza Cəfərov (k), 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 13. Emil Səfərov, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 9. Bassala Sambu, 18. Ryonosuke Ohori, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 4. Elvin Camalov, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 22. Dembo Darboe, 20. Alfa Konte.
Baş məşqçi: Samir Abasov.
"Kəpəz": 1. Rojerio Santos, 2. İlkin Qırtımov (k), 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 8. Elmir Tağıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 28. Rati Ardazişvili, 11. Trent Buhaqyar, 10. Kərim Lkuça, 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 26. Valdemar Almeyda, 78. Yeqor Xvalko.
Baş məşqçi: Azər Bağırov.