RƏSMİ - Türkiyədən ayrılan millimizin oyunçusu Polşa klubunda

16:00 Gündəm 139
RƏSMİ - Türkiyədən ayrılan millimizin oyunçusu Polşa klubunda

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun Polşada "Radomyak"a keçidi rəsmiləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. Müqaviləyə uzadılma variantı da daxildir.

"Radomyak" hazırda ölkənin əsas çempionatında mübarizə aparır və turnir cədvəlində 24 xalla 13-cüdür.

Renat fevralın 20-də Türkiyədən - "Ankaragücü"dən ayrılıb.

“Radomyak”da daha bir azərbaycanlı futbolçu - Rahil Məmmədov da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti