
Yolların sürüşkən olması səbəbindən hazırda paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti çətinləşib.
Bu barədəDİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
“Mümkün qədər avtomobillə yola çıxmayın!” , - məlumatda qeyd olunub.
Əldə etdiyimiz məlumata görə, hazırda Bakı-Sumqayıt yolunun “Ekologiya postu” hissəsindən üzü “20 Yanvar” metrostansiyasına gedən yolda, Xırdalan dairəsində, “Şamaxinka” ərazisində avtomobillərin hərəkəti məhdudlaşıb.