
“Adana Dəmirspor”un futbolçusu Abat Aymbetov özünə yeni komanda axtarır.
Sportinfo.az xəbər verir ki, türkiyəli menecer Kova Tilavpur bununla bağlı maraqlı fikirlər səsləndirib.
O, Qazaxıstan millisinin hücumçusunun Türkiyədə qalmasının vacibliyini vurğulayıb.
Tilavpurun fikrincə, 29 yaşlı forvardın Azərbaycana köçməsi uğursuz addım olar:
“Adana Dəmirspor” gələcəyi ümidsiz olan autsayderdir. Amma bu, futbolçu üçün son deyil.
Abat Türkiyə mühitinə uyğunlaşıb, nəticədən asılı olmayaraq, meydanda işini görməlidir. Çünki bununla Superliqanın digər klublarına keçə bilər.
Abat üçün Qazaxıstana qayıtmağın və ya Azərbaycan çempionatına keçməyin irəliyə doğru addım olacağına əmin deyiləm”.
"Adana Dəmirspor”la sözləşməsi mövsümün sonuna qədər olan Abat Aymbetovu adı Azərbaycan klubları ilə birgə hallanır.