Oğluna menecerlik edən ana: “Müqavilə var, istədiyimizi edə bilmirik”

20 Fevral 01:00 Gündəm 681
Oğluna menecerlik edən ana: “Müqavilə var, istədiyimizi edə bilmirik”

“Transfer məsələsi Mahirin istəyi ilə olan bir şey deyil”.

Sportinfo.az xəbər verir ki, bunu idman.biz-ə Almaniya “Nürnberq”inin futbolçusu Mahir Emrelinin meneceri Elnurə Emreli deyib.

O, yığmamızın da formasını geyindiyi hücumçunun transferi ilə bağlı iddialara münasibət bildirib.

Elnurə Emrelinin sözlərinə görə, meneceri, eyni zamanda anası olduğu Mahirin keçidi haqqında konkret nəsə demək mümkün deyil:

“Futbolçuların atacağı addımlar müqaviləyə bağlıdır. Mahir hazırda “Nürnberq”in oyunçusudur.

Müqavilə davam etdiyi müddətdə istədiyimizi edə bilmirik. Şərtlər nə göstərərsə, o da olacaq.

Mahir bir illik müqavilə imzalamışdı, anlaşma üç ay sonra bitəcək. Bu gün bizim bu mövzuda deyə biləcəyimiz nəsə yoxdur”.

Qeyd edək ki, Emreli fevralın 16-da keçirilən “Ulm”la oyunda (2:0) başqa kluba keçmək istədiyi üçün heyətə daxil edilməyib.

Ertəsi gün hücumçu komandanın məşqlərinə qatılıb. Onun adı Cənubi Koreyadan “Seul” ilə hallanır. Həmçinin, Türkiyə klublarının da futbolçunun xidmətində maraqlı olduğu bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 11:00 “Biz buna məcbur idik”