"Nürnberq" Mahir üçün ŞOK TRANSFER QİYMƏTİ müəyyənləşdirdi - İNANILMAZ RƏQƏM!

19 Fevral 13:00 Gündəm 8 738
"Nürnberq" Mahir üçün ŞOK TRANSFER QİYMƏTİ müəyyənləşdirdi - İNANILMAZ RƏQƏM!

"Nürnberq"in Mahir Emreli yə görə istədiyi təzminatın məbləği məlum olub.

Almaniyanın II Bundesliqa klubu müqaviləsi iyunda bitəcək azərbaycanlı hücumçunu elə-belə buraxmaq fikrindən uzaqdır.

"Seul" 27 yaşlı forvardı Cənubi Koreyaya - K-1 Liqasına aparmaq niyyətində ciddidirsə, onlara 500 min avro kompensasiya ödəməlidir.

Bizdə olan son məlumata görə, asiyalılar hələlik bu məbləğə hər hansı reaksiya göstərməyib. Belə deyək, nisbətən gözləmə mövqeyinə çəkiliblər.

Hərçənd Mahir son bir neçə gündə menecerlər vasitəsilə "Seul"un nümayəndələri ilə əlaqə saxlayıb, ölkəni dəyişmək fikrinin qəti olduğunu bildirib.

Yəni ki, hər vəchlə qarşı tərəfi tələsdirməyə təşəbbüs göstərib.

"Nürnberq"in İdarə Heyətinin üzvü Joti Çatzialexiu buradan ayrılmaq ehtimalı olan millimizin forvardının durumu ilə bağlı danışıb.

"Bild" nəşrinin sorğusunu cavablandıran funksioner qeyd edib ki, azərbaycanlı hücumçu üçün konkret təklif almasalar, o, komandada çıxışına davam edəcək:

“Mahir komanda ilə məşqlərə qayıdıb. Daha məşqdən kənarlaşdırılmayacaq.

Mən də onunla bu məsələni müzakirə etmişəm. Biz heç bir təzyiq altında deyilik:

Cənubi Koreya klubunun ("Seul" - red.) bizimlə yenidən əlaqə saxlayıb-saxlamayacağını bilmirik. Bu, olmasa, onda Mahir burada oynamağa davam edəcək və ümid edirəm ki, qollarını vuracaq.

Mahirin bəlli bir qiyməti var. Yalnız bundan sonra həqiqətən dəyişiklik haqqında düşünməyə hazır olacağıq.

Cənubi Koreya klubunun onunla yenidən və ya əksinə, onunla yenidən əlaqə saxlamaq olarmı? Aydındır ki, Emreli üçün müəyyən məbləğ ödənilməli olacaqlar".

Bir neçə gündür fərdi məşq keçən Mahir "Nürnberq"in "Ulm"la son oyununda (2:0) iştirak ərizəsində yer almayıb.

Ötən ilin yayından Almaniyada çıxış edən "Bakı"nın yetirməsi bu mövsüm ümumilikdə 15 oyuna 4 qol vurub, 1 qol ötürməsi edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 11:00 “Biz buna məcbur idik”