
Yevlax şəhər stadionunun ərazisində yeni bazanın tikintisi başa çatıb.
İkimərtəbəli bina 65 nəfər üçün nəzərdə tutulub.
İrili-xırdalı 30 otaqdan ibarət yataqxana tipli binada hazırda kosmetik işlər aparılır.
Otaqların dizayn edilməsi, mebellərin, digər təxniki avadanlıqların quraşdırılması bir qədər vaxt aparacaq. Bazanın aprel-may ayları ərzində təhvil verilməsi planlaşdırılır.
Buranın xərci bir nəfərin üzərinə düşüb, o da «Karvan»ın prezidenti Şahmar Vəliyevdir. Tanınmış iş adamının məqsədi uzun illərdir rəhbərlik etdiyi klubu yenidən Premyer Liqaya qaytarmaqdır.
AFFA İcraiyyə Komitəsinin növbəti mövsümdən etibarən elitada iştirakçı sayını 10-dan 12-yə çatdırmaqla bağlı məlum qərarı onu da ruhlandırıb.
Əyalət komandası hələlik Vəliyevin ümidlərini doğruldur. «Karvan» I Liqada 14 tura 29 xal toplayıb və turnir cədvəlinin ikinci sırasında yer alıb.
SPORTİNFO.AZ