
Sportinfo.az xəbər verir ki, "Nürnberq"in baş məşqçisi Miroslav Kloze Mahir Emrelinin komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.
O, deyib ki, Emrelini transfer etmək istəyən klubların olduğunu bilir:
"Məncə, bunu sirr etməyə ehtiyac yoxdur. Bilirik ki, Mahiri istəyən klublar var.
İndi necə qərar verəcəyimizi düşünürük. Mahir üçün maliyyə məsələsi də şərtdir.
Növbəti addımı atmaq istəyir, bunu fürsət kimi görür. Bunu mənə deyib. Amma hələ ki, rəsmi heç nə yoxdur".
Xəbərdə o da qeyd olunub ki, Mahir Emreli onunla maraqlanan Cənubi Koreyanın "Seul" klubuna keçmək istəyir.
Ötən ilin yayından "Nürnberq"də çıxış edən Mahir Emreli bu mövsüm ümumilikdə 15 oyuna 4 qol vurub, 1 qol ötürməsi edib.